TOP 10

APOEL-ə Nikosiyada qol vuran futbolçu "Qarabağ"a güvənir: "Komandamız orda öz futbolunu da göstərəcək, udub da gələcək"

Futbol
Tarix: 2019-11-07 12:00

"Nikosiyadakı matç karyeramda ən xoş xatirələrdən biridi. Çox gözəl hissdi orda oynamaq. Biz "Neftçi"ylə Azərbaycan üçün qrup mərhələsinə ilk vəsiqəni Kiprdə qazandıq. İndisə "Qarabağ" orda vacib matça çıxacaq və komandamıza inanıram". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Cavid İmamverdiyev bildirib.

 

Təcrübəli yarımmüdafiəçi 2012-ci ildə "Neftçi"nin heyətində APOEL-lə Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Nikosiyadakı uğurlu matçın iştirakçısı olub. Həmin GSP arenası ki, bu gün "Qarabağ" orda Avropa Liqasının qrup mərhələsinin IV turunda qonaq olacaq. Cavidin fikrincə, kiprli azarkeşlər nə qədər çılğın olasalar, doğma komandalarına güclü dəstək versələr də, bu, təmsilçimizin oyununa maneçilik törətməyəcək: "Qarabağ" ardıcıl 6-cı ildi qrupda çıxış edir, Azərbaycanın Avropada ən layiqli təmsilçisidi. Sevinirik ki, bu komandayla qrup mərhələsində təmsil olunuruq, mübarizənin həyəcanını yaşayırıq. Hesab edirəm ki, təkcə "Qarabağ" fanatları yox, bütün Azərbaycan "Qarabağ"ı dəstəkləməlidi. Çünki bugünkü gündə "1 nömrəli" komandamızdı, Azərbaycanın hazırda qrupda, Avropada yeganə təmsilçisidi. İnanıram ki, "Qarabağ"ın futboçuları bu çətin sınaqdan da üzüağ çıxacaqlar. Onlar Çempionlar Liqasının qrup mərhələsini görmüş futbolçulardı. Yeri gəlsə, "Qarabağ" Dormundda "Borussiya" kimi komnadanın azarkeşlərinin qarşısına çıxaraq öz futbolunu oynayıb. Düşünürəm ki, APOEL-in azarkeşləri komandamıza elə də təsir etməyəcəklər. "Qarabağ" Kiprdə öz futbolunu da göstərəcək, Allahın izniylə udub da gələcək".

 

İmamverdiyev bu inamının komandanın təcrübəsinə əsaslandığını ifadə edib: "Qarabağ"ın hər şeyinə inandığımdan, bu nikbinlik məndə var. İlk növbədə komandada Qurban Qurbanov kimi baş məşqçi, Rəşad Sadıqov kimi kapitan var. Yaxud legionerləri - Miçeli, Almeydası, Kintanası olsun, hamısı Top futbolçulardı. Təkcə əcnəbilər yox, azərbaycanlı oyunçular - Araz Abdullayev, Mahir Emreli, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev də yüksək səviyyəyə malikdirlər. Komandanın başında Qurban Qurbanov kimi təcrübəli mütəxəssis, meydanda isə Rəşad Sadıqov kimi lider var. İnanıram ki, Nikosiyada istədikləri kimi oynayaraq nəticə qazanacaqlar və bütün Azərbaycan xalqını sevindirərək gələcəklər. "Qarabağ" Avropada dəfələrlə bizi sevindirib, davamı indi də gələr".

 

Xatırladaq ki, Cavid Nikosiyada 3:1 hesablı qələbədə ilk qolumuzun müəllifi olub.   

 

 

 

MEHMAN SÜLEYMANOV

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB