TOP 10

Ponomaryovun Qəbələ təəssüratları: "Gördüklərim məni xoş təəccübləndirdi, ancaq eyni zamanda ona təəssüfləndim ki..."

Futbol
Tarix: 2019-11-07 10:59

"Açığı, ilk dəfə olduğum Qəbələdə gördüklərimə xoş təəccübləndim. Çox şadam ki, əyalətdə belə bir klub var. Bunadək eşitmişdik ki. "Qəbələ"nin öz akademiyası, stadionu, meydançaları, bir sözlə, çox yaxşı şəraiti var. Gənc oyunçuları çoxdu və futbolun inkişafı üşün bu qədər işlər görüb. Azərbaycanda futbolla bağlı belə məkanın olduğunu görmək çox xoşdu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın müvəqqəti baş məşqçisi İqor Ponomaryov bildirib.

 

59 yaşlı mütəxəssisə cari mövsümün ilk dövrəsində "sükanı arxası"na keçdiyi komandada ilk səfər qələbəsini Qəbələdə zəmkarlıq qazanmaq nəsib imiş - 2:1. Futbolda yeganə Olimpiya çempionumuz qonağı olduğu "Qəbələ"nin futbolun inkişafı üşün gördüyü işlərə valeh olduğunu etiraf etməklə yanaşı, onu üzən məqamdan da söz açıb: "Eyni zamanda ona təəssüfləndim ki, stadionda adam, tribunalrda qəbələli azarkeşlər yox idi. Qəbələdə futbolun inkişafı üçün nə qədər pullar sərf olunub, ancaq bunun qarşılığına oyuna bu qədər az adamın gəlməsinə üzüldüm. Fikrimcə, "Qəbələ" bu istiqamətdə işləməlidi. Baxın, matç bazar günüdü, evdə nə edəsən, niyə futbola gəlməyəsən? Başqa nə məşğuliyyət var ki? İnsanları futbola cəlb etməyə çalışmaq lazımdı. Yüz faiz əminəm ki. Qəbələdə futbolu sevirlər. Üstəlik, orda futbol üçün nə qədər işlər görülüb. İnsanlar futbola gəlməli, doğma komandalarına dəstək olmalıdı. Qəbələdə insanlarla görüşdüm. Yaşıdlarım olan insanlar axı məni tanıyırlar, bilirlər kiməm. Mənə dedilər ki, İoqr Anatolyeviç, vaxtilə sizə azarkeşlik edirdik. Deməli, əvvəlkitək futbolu sevirlər". 

 

Məlumdu ki, "Qəbələ" hətta uğurlu çııxş etdiyi vaxtlarda azarkeşləri stadiona yığa bilmirdi. Belə götürəndə, "Qəbələ"nin böyük stadionu da yoxdu. Ponomaryovu məqama toxunub: "Məsələ də məhz bundadı ki, ordakı arenanın tamaşaçı tutumu çox deyil. Əminəm ki, Qəbələdə hər ailədə futbolu sevən, futbola getmək istəyən, Ronaldoya, Messiyə və yaxud öz futbolçularımıza oxşamaq istəyən uşaqlar var. Bu ailələr, valideynlər, dost-tanışlar futbola gəlməlidi. Rayonlarda hansısa forada futbolu inkişaf etdirmək lazımdı". 

 

 

 

MEHMAN SÜLEYMANOV

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB