TOP 10

Nikosiyada yenə tarix yazmaq şansı - 3-cü qələbə pley-offun qapısını üzümüzə açacaq

Futbol
Tarix: 2019-11-07 10:40

Kiprin paytaxtı Nikosiya, GSP stadionu. Bu arenanın Azərbaycan futbolu tarixində xüsusi yeri var. Axı, qrup mərhələsində ilk vəsiqəni məhz orda qazanmışıq. 7 il öncə APOEL-i 3:1 hesabıyla məğlub etməklə buna nail olan "Neftçi"dən sonra "Qarabağ" burda məsul sınağa çıxır. 

 

Əslində, Qurban Qurbanovun komandası elə bu mövsüm kiprlilərin qonağı olaraq qalib də gəlib. Bu, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk matçında olub. Ancaq həmin 2:1 hesablı səfər qələbəsi nə qədər sərfəli nəticə olsa da, mərhələ keçməyə imkan vermədi. Bu da italiyalı baş məşqçisi Paolo Trametsanini istefaya göndərərək almaniyalı Tomas Dollu "sükanı arxası"na gətirən APOEL-in Bakıdakı cavab görüşndə 2:0 hesablı qələbə qazanmasına görə oldu. 

 

İş elə gətirdi ki, Nikosiya təmsilçisi də ÇL-in qrupuna düşməyərək "Qarabağ"la yenidən rəqib oldu - bu dəfə artıq Avropa Liqasının qrupunda. "Qarabağ" hələ məğlub edə bilmədiyi Dollu APOEL-lə ilk dəfə səfərdə qarşılaşacaq. Məlumdu ki, bu komandaların ötən turda Tofiq Bəhramov adına Respublika stadionunda görüşü 2:2 hesabıyla nəticələndi.

 

Bəli, "Neftçi"dən fərqli "Qarabağ" APOEL-lə cüt təşkil etmədiyindən, bugünkü matçda nəticədən asılı olmayaraq mübarizə qrupda sonadək davam edəcək. Ancaq "ağ-qaralar" kimi əzəli rəqibi də evdə qollu heç-heçə etdiyindən, səfərdə qalib gəlməli və ya ən pis halda, daha məhsuldar bərabərlik etməlidi. Bu da komandalar arasında xallar bərabər olanda şəxsi oyunların nəticələrinin əsas gətirilməsidi. Əlbəttə, "Qarabağ" APOEL-i 3 xal qabaqladığından, Nikosiyada heç-heçə münasib nəticə sayılmalıdı. Aancaq bu, ilk baxşdan belədi. Çünki artıq növbəti turda xallar bərabərləşə bilər və APOEL-lə onun meydanında 0:1 və ya 1:1 hesablı bərabərliyə qalsaq, dediyim amilə görə rəqibdən geri düşmüş olacağıq. Xalların isə bərabərləşməsi ona görə realdır ki, "Qarabağ" V turda İspaniyaya səfər gözləyir ki, "Sevilya"ya məğlubiyyət daha realdı. APOEL də rəqib meydanında çıxış etsə də, bu dəfə "Düdelanj"la görüşdə sensasiya etməyərək qələbə qazanacağı daha inandırıcı görünür. Deməli, son turda taleyimiz artıq kiprlilərdən asılı olacaq. "Düdelanj"ı evdə məğlub etməklə işimiz bitməyərək qulağımız yenə Nikosiyada olacaq. Ümid edəcəyik ki, artıq həmin vaxtadək qrupda çıxmasını həll etmiş "Sevilya" zəif heyətlə gələrək uduzmayacaq.

 

Ancaq "Qarabağ" bu gün qalib gələrsə, Nikosiyada növbəti tarix yazmağımız demək olacaq. Bu halda, APOEL təmsilçimizdən artıq 6 xal geri qalacaq və 2 tur qalsa belə, onu qabaqlaya bilməyəcək. Çünki şəxsi matçlardakı nəticələr onun qarşısına "qırmızı işıq" yandıracaq. Bu isə əsas rəqibi tam zərərsizləşdirməklə böyük üstünük qazanmış demək olacağıq. "Sevilya"nın isə bu gün Lüksemburqda qələbəsi şübhə doğurmur. Ən azı ona görə ki, bu gün 3 xal ispanların pley-offa vəsiqəsini rəsmiləşdirəcək. İstənilən halda, "Düdelanj"ın "Qarabağ"a çatması nəzəri şansı qalsa da, bu, ciddi narahatçılığa əsas verməyəcək.

 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB