TOP 10

"Qarabağ" Kiprdən məğlub qayıdır

Futbol
Tarix: 2019-11-07 23:49

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Sport24.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə qarşılaşıb.
 

Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan “Qarabağ” 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə ən azı uduzmamalıydı. Qələbə isə Qurban Qurbanovun yetirmələrinin bu yoldakı işini daha da asanlaşdırmış olacaqdı.


Qeyd edək ki, bu, “Qarabağ”ın APOEL-lə cari mövsümdəki dördüncü matçı idi. Əvvəlcə Çempionlar Liqası çərçivəsində bu rəqibinə səfərdə 2:1 hesabı ilə qalib gələn ağdamlılar doğma meydanda 0:2 uduzaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Avropa Liqası çərçivəsində Bakıda baş tutan oyunda isə qalib müəyyənləşməmişdi – 2:2. Bu oyunda isə hesabı Ağdam klubu açsa da, qalan dəqiqələrdə iki qol vuran meydan sahibləri əzmkar qələbəyə seviniblər.


Bu gün A qrupunun digər oyununda “Düdelanj” (Lüksemburq) “Sevilya” (İspaniya) ilə görüşüb. İspanlar bu oyunda 5:2 hesablı qələbəyə seviniblər.


Avropa Liqası
A qrupu

7 noyabr


APOEL - “Qarabağ” 2:1
Qol: L.Souza, 59. G.Efrem, 88 - M.Medvedev, 10.
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu.


APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Süleyman, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.


Sevilya – 12, APOEL - 4, Qarabağ – 4, Düdelanj - 3.

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB