TOP 10

“Qalatasaray” 6 qola üzüldü, PSJ, “Bavariya” və “Yuventus” 1/8 finalda!

Dünya Futbolu
Tarix: 2019-11-07 02:09

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 görüş baş tutub.


A qrupunun lideri PSJ doğma azarkeşləri önündə "Brügge"ni məğlub etməklə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. "Qalatasaray" isə növbəti mərhələ şansını davam etdirmək üçün Madriddə "Real"a uduzmamalıydı. Amma İstanbul klubu bu görüşdə böyük hesabla məğlub olub.


B qrupunda autsayder "Olimpiakos"u qəbul edən "Bavariya" da qrupdan çıxmaq hədəfinə nail olub.


Həmçinin C qrupunun lideri "Mançester Siti"ni də "Atalanta" səfərində 3 xal növbəti mərhələyə daşıyacaqdı. Amma "şəhərlilər" bu oyunda xal itkisi ilə üzləşiblər.


D qrupunda isə səfər oyununa çıxan "Atletiko" ilə "Yuventus"a minimum vəzifənin öhdəsindən gəlmək üçün evə 3 xalla qayıtmaq kifayət idi. Turin təmsilçisi bu vəzifənin öhdəsindən gəlsə də, Madrid klubu məğlubiyyətlə üzləşib.


UEFA Çempionlar Liqası
7 noyabr


A qrupu


“Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) 6:0
Qol: Rodriqo, 4; 7; 90+2. S.Ramos, 14-pen. Benzema, 45; 81.


PSJ (Fransa) – “Brügge” (Belçika) 1:0
Qol: İkardi, 22.


B qrupu


“Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) 2:0
Qol: Levandovski, 69. Perişiç, 89.


“Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə) 0:4
Qol: Lo Çelso, 34. Son, 57; 61. Eriksen, 85.


C qrupu


“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şaxtyor” (Ukrayna) 3:3
Qol: Pektoviç, 25. İvanuşeç, 83. Ademi, 89 - Patrik, 13. Moraeş, 90+3. Tete, 90+7-pen.


“Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 1:1
Qol: Paşaliç, 49 - Sterlinq, 7.


D qrupu


“Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) 1:2
Qol: Mirançuk, 12 - Remzi, 4. D.Kosta, 90+3.


“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) 2:1
Qol: Tomas, 41-öz qapısına. Volland, 55 - Morata, 90+4.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB