TOP 10

Çexiya yığmasının kapitanı Bakıda darmadağına nail olmalarını istəyir: "Əsas odur ki, ilk qolu biz buraxmayaq, çünki onda milliniz bizə problem yaradar"

Futbol
Tarix: 2019-11-06 21:12

"Əlbəttə, millinizin oyununa baxaraq necə komanda olduğunu görmüşük. Bununla bağlı baş məşqçi bizə göstərişlərini verib. Əass odur ilk qolu biz buraxmayaraq ki, sonradan problemimiz yaranmasın". Bu fikirləri Sport24.az-a açıqlamasında Çexiyanın qadın futbolçulardan ibarət yığmasının kapitanı Lusiya Vonkova bildirib.

 

Avropa çempionatının seçmə mərhələsində sabah Azərbaycan yığmasıyla səfər matçında çexlərin əsas qol ümidi olan 27 yaşlı hücumçu səviyyə fərqinin nə qədər böyük olduğuna baxmayaraq, görüşün startının onlar üçün çox vacib olduğunu sayır: "Matçda yığmanız hesabı açsa, bizim üçün problem olar. Çünki bu halda boşala bilərik. Əlbəttə, inanırıq ki, belə olmayacaq, biz qalib gələcəyik. Öz tərəfimizdən deyə bilərəm ki, Azərbaycan yığmasıyla görüşdə uğur əldə edə bilərik".

 

Maraqlıdı ki, Vonkovanın lideri olduğu çexlərin hücum xətti üçün əsas 3 xalı qazanmaqdı, yoxsa buna mütləq darmadağınla nail olmaq əzmindədirlər?: "İspaniya yığmasına qarşı necə oynadığınızı, neçə qol buraxdığınızı bilirik. Biz də istərdik ki, belə nəticəyə imza ataq. Ancaq əsas öz oyunumuzu oynamaqdı".

 

Xatırladaq ki, bu tsikldə ilk matçda ispanlardan səfərdə 0:4 hesablı məğlubiyyət alan Siyasət Əsgərovun komandası Çexiyayla matçı sabah "ASCO Arena"da saat 19:00-da başlayacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB