TOP 10

Avropa çempionatının gümüş medalçısı millimizdən sensasiya gözləyir: "Bilirik ki, matçın favoritik və süni qazonda da qələbə qazanmağa hazırıq"

Futbol
Tarix: 2019-11-06 20:41

Qadın futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti matçında Azərbaycan millisinin qonağı olacaq Çexiya yığması artıq Bakıya gəlib. Rəqib görüşün keçiriləcəyi "ASCO Arena"da bu gün məşqə çıxıb. Çexiya millisinin baş məşqçisi olan ötənlərin tanınmış futbolçusu, 1996-cı ildə Avropa çempionatının gümüş medalçısı olan Karel Rada Sport24.az-a müsahibəsinə Bakıya bağlı ilkin təəssüratlarını bildirməklə başlayıb. 

 

- İlk növbədə qonaqpərvərliyinizə görə sizlərə minnətdaram. Bakının gözəl şəhər olduğuna şahid olduq. Təşkilatçılıq, otel - hər şey yüksək səviyyədədi. 

 

- Paytaxtımıza hansı ambisiyalarla gəlmisiniz?

- Əlbəttə, bilirik ki, sabahkı matçın favoritiyik. Buna görə də 3 xalı əldə etmək istəyirik.

 

- Millimiz startda İspaniyaya səfərdə 0:4 hesabıyla yenliib. Bu matçın təhlilin yekununda Azərbaycan yığması haqda sizdə hansı fikir formalaşıb? 

- Sözsüz ki, bu görüşü bir neçə dəfə izləmişik. Azərbaycan yığması müdafiədə yaxşı çıxış, arabir uzun ötürmələrlə hücumlar da edirdi. Yəni, tam müdafiə olunan komanda deyilsiniz, hücumameylli oyun da göstərirsiniz.

 

- Belə demək olar ki, sizinlə görüşdə millimizin heç bir şansınızı görmürsünüz?

- Hər bir komanda uda bilər. Əsas komandanın oyunun təşkilidi ki, ilk dəqiqələrdən mübariyəzə necə başlayırsan. 

 

- Yəni, millimiz sabah sensasiyaya imza ata bilər?

- Əlbəttə, ola bilər. Ancaq reallıq başqadı. 

 

- Ümumiyyətlə, qrupda şanslarınızı necə dəyərləndirirsiniz? Əsas məqsədiniz nə olacaq?

- Hal-hazırda Azərbaycan millisiylə matça konsentrasiya olunmuşuq. İndi çox da irəli boylanmaq istəmirəm. Gələckdə bizi Polşa yığmasıyla görüşlər də gözləyir. Ancaq indi yalnız millinizlə oyunu düşünürük. 

 

- Sabahkı matç süni qazonda olacaq. Bu, komandanızın oyununa problem yaratmayacaq?

- Şübhəsiz ki, təbii qazonda oynamaq istəyərdik. Ancaq hərdən Çexiyada məşqlərimiz süni örtüklü meydançada keçir. Bir sözlə, bu qazonda da müsbət nəticə qazanmağa hazırıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB