TOP 10

Millimizin Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti

Futbol
Tarix: 2019-11-06 16:48

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, məşqçilər korpusu 25 futbolçuya dəvət göndərib.


U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynlə, 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukrayna ilə qarşılaşacaq. Komandamız ayın 10-dan 19-dək Bakıda təlim-məşq toplanışı keçəcək.


U-21-in heyətinə bu futbolçular dəvət alıb: Kamran İbrahimov, Ömər Buludov (hər ikisi "Neftçi"), Oleq Karnaux, Elçin Mustafayev, Şakir Seyidov, Ozan Can Kökcü (hamısı "Sabah"), Nicat Mehbaliyev, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Amin Seydiyev, Rövlan Muradov (hər ikisi "Qəbələ"), Turan Manafov ("Səbail"), Murad Qayalı, Tural Bayramlı (hər ikisi "Keşlə"), Nihad Tamazov, Toral Bayramov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Hüseyin Seyliğli ("Darica Gənclərbirliyi", Türkiyə), Rafael Məhərrəmli ("Zirə"), Fərid Nəbiyev ("Slaviya", Çexiya), Barış Ekincier ("SK Austria Klagenfurt", Avstriya), Doğukan Öksüz ("Eyüpspor", Türkiyə).

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB