TOP 10

APOEL-in "Qarabağ"a qalib gələcəyinə açıqlayan keçmiş futbolçusu: "Hesabın 2:0 olacağını proqnozlaşdırıram"

Futbol
Tarix: 2019-11-06 15:19

“Qarabağ”la matçöncəsi nikbinəm. Asan oyun olmayacaq. Ümumiyyətlə, Futbolda asan qarşılaşmalar olmur". Sport24.az xəbər verir ki, bu sözləri Kiprin APOEL klubunun sabiq futbolçusu Andreas Stilianu deyib.

 

O, keçmiş komandasının "Qarabağ"a qalib gələcəyinə inam ifadə edib: "Yaxşı oynayırsansa, qələbə qazanırsan. İnanıram ki, komandamız qalib gəlmək üçün hər şeyi edəcək və buna nail olacaq. Hesabın 2:0 olacağını proqnozlaşdırıram. Musa Al Tamari öz oyununu tapsa, daha faydalı olacaq. APOEL son illərdə ən yaxşı heyətə malik olduğuna görə  qələbəyə inanıram. Düzdür, hələ də istədiyimiz komanda oyununu görmürük. Amma heyətdə yaxşı futbolçular toplaşın. Ümid edirəm ki, uğurlu çıxış etməyin yollarını tapacağıq. Fikrimcə, APOEL artıq sabahkı oyundan nələrisə dəyişməyə başlayacaq".

 

Stilianu baş məşqçi Tomas Dollun komandada qalıb-qalmamasına da münasibət bildirib: “Doll gələn kimi “Qarabağ”ın Çempionlar Liqasından kənarlaşdırılmasına çox sevindim. Evdəki məğlubiyyətdən sonra səfərdə qəhrəmanlıq etdik. Ynei baş məşqçimiz nəyə qadir olduğunu göstərdi. Lakin sonradan klubdaxili mübahisələr başladı. Dollun kiprli köməkçisinin olması bu problemin həlli üçün yaxşı olacaq. Belə olsa, almaniyalı mütəxəssis xarakterinin mənfi tərəfləri hiss olunmayacaq. Çünki kməkçisi onun futbolçularla ünsiyyətinə kömək edəcək”.

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB