TOP 10

"APOEL-in "Qarabağ"dan səfərdə xal aldıqdan sonra evdə qalib gəlməməsi intihar olar"

Futbol
Tarix: 2019-11-06 16:00

APOEL-in sabiq futbolçusu Kostas Malekkos Avropa Liqasının qrup mərhələsinin növbəti turunda “Qarabağ”la oyunöncəsi keçmiş komandasının şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis APOEL-in qələbəsinin əhəmiyyəti ilə yanaşı, azarkeşlərin dəstəyinin vacib olmasınə xatırladıb: “Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir. Azarkeşlərin stadionu doldurmaması kluba qarşı ədalətsizlik olar. Çünki APOEL ölkəni Çempionlar Liqasında iki klubun təmsil etməsinə yol aça bilər. APOEL-in "Qarabağ"dan səfərdə xal aldıqdan sonra bu oyunda qalib gəlməməsi intihar olar. Məncə, komandamız “Qarabağ”la görüşü ağıllı və təmkinlə dəyərləndiriləcək”.
 

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB