TOP 10

Millimizin baş məşqçisi qarşıdakı 2 oyuna 4 xal deyir: "Azərbaycanın uzun fasilədən sonra çıxış etdiyi seçmə mərhələdə iki əsas məqsədimiz var"

Futbol
Tarix: 2019-11-06 14:00

Bu ay əsas və U-21 millilərimizə yanaşı, qadın futbolçulardan ibarət əsas yığmamızı da Avropa çempionatının seçmə mərhələsində matçlar gözləyir. Belə ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız noyabrın 7-də Çexiyanı qəbul edəcək, bundan 3 gün sonra Moldovanın qonağı olacaq. Əsgərov bu məsul sınaq öncəsi Sport24.az-ın suallarını cavablandırıb.

 

- Komandanızı qarşıda qoşa matçlar gözləyir. Hazırlıq necə gedir? Heyətlə bağlı itkiləriniz varmı?

- Noyabrın 2-dən Bakıda təlim-məşq toplanışına yığışmışıq. Bildiyiniz kimi, seçmə mərhələdə ilk matçı İspaniyada keçirərək 0:4 hesabıyla uduzmuşuq. Evdə uzun fasilədən sonra əsas yığma səviyyəsində ilk rəsmi matçımıza çıxacağıq. Komanda noyabrın 7-də saat 19:00-da başlayacaq bu oyuna hazırdı. Qızların özlərində böyük istək var. İstəyirlər ki, neçə ildən sonra Azərbaycanda çıxdığı seçmə mərhələ matçında uduzmayaraq xal qazanaq. Oyuna da buna nail olmaq üçün çıxacağıq. Bundan sonra Moldovaya yollanacağıq və səfərdən qələbəylə qayıtmaq istəyirik. Qrupumuzda daha bir yığma da Polşadı. Moldova isə bizim səbətdəndi və düşünürük ki, hər iki matçdan xalla çıxaq. Zədəli futbolçumuz yoxdu və tam heyətlə hazırlaşırıq. Düşünürük ki, oyunda heyətlə bağlı problemlərimiz olmasın. Çünki 3 gün sonra bizi növbəti sınaq gözləyir. Qısa müddət ərzində iki qarşılaşmamız var. Heyətimiz də gəncdi. İlk olaraq Çexiyayla matça köklənmişik. 

 

- Optimal heyət yığa bilmisinizmi? Hanısa futbolçunuz zədə yox, başqa səbəbdən heyətdən kənarda qalıbmı?

- Yox, elə bir problemimiz yoxdu. Futbolçularımızın hamısı yuxarı-aşağı legioner həyatı yaşayır. Onların çoxunu ölkə kənarına çıxarmışıq, Qazaxıstan, Rusiya, İslandiya, Türkiyə liqalarında çıxış edir. Onları da toplanışa dəvət etmişik. Heyətdə 1-2 dəyişikliyimiz var, bəzilərini gənc futbolçularla əvəzləmişik. Ancaq ümumilikdə optimal heyətimiz var.

 

- Fikirlərinizdən belə nəticə çıxardıq ki, 2 oyuna 4 xal hədəfləmisiniz - Çexiyayla heç-heçə, Moldova üzərində qələbə...

- Bir problem olmasa, komanda olaraq bunu düşünmüşük. İnşallah, bunun - 4 xal üçün vuruşacağıq. Məqsədimiz odur, buna da çatarıq.

 

- Çexiya yığmasını necə xarakterizə edərdiniz? Hansı güclü, hansı zəif cəhətləri var?

- Bu rəqibin oyunlarına baxaraq təhlil etmişik. İspaniya bizdən sonra Çexiyaya qarşı oynayıb və səfərdə 1:5 hesabıyla yenilib. Bundan əlavə, Moldovaya qarşı bir matçı var, qələbə qazanıb. Çox yaxşı, təcrübəli komandadı. Yüksək liqalarda legioner həyatı yaşayan futbolçuları var - Almaniya olsun, İspaniya olsun. Heyətində yüksək keyfiyyətli futbolçuları çoxdu. Hücumda üstünlükləri uzun ötürmələrlə oynamalarıdı. Müdafiədə bir az boşluqları var və çalışacağıq ki, bundan istifadə edək. Məşq proseslərində bunlar üzərində işləyirik.

 

- Matç süni qazonda keçiriləcək. Bu, qızlarımızın oyununa problem yaratmayacaq?

- Matçı ona görə Bayıldakı stadiona saldıq ki, legioner həyatı yaşayan qızlarımızın əksəriyyəti həm süni meydançada məşq edirlər, həm də oyuna çıxırlar. Buna görə düşündük ki, elə "ASCO Arena"da oynasaq, daha yaxşı olar. 

 

- Bəs sonrakı matçda?

- Bəli, onda bizə çətinlik olacaq. Çünki orda təbii meydançaya çıxacağıq. Ancaq bizim üçün ilk olaraq Çexiyayala ev matçı vacib olduğundan, düşündük ki, süni qazonda oynayaq. 

 

 - Moldova ilə matçla bağlı digər çətinlik qısa zaman kəsiyidi. Komanda səfərə gedəcək, yol yorğunluğu olacaq. Üç gün sonra səfər matçına fiziki, psixoloji baxımdan hazır ola, tez bir zamanda bərpa oluna biləcəksiniz?

- Əsas fikirmiz bu matçlarda zədəlilərimizin olmamasıdı. Çünki Çexiya yığması atletik komandadı, mübarizələri sevir. Belə götürəndə, bundan çəkinəcəyimiz yoxdu. Bəli, haqlısınız, ola bilər ki, yorğunluq olsun, çünki matçdan sonra yolumuz var. Bərpa prosesiylə bacardığımız qədər çalşacağıq ki, səfər matçına da tam hazır olaq, tam köklənək. Elə heyət yığmışıq ki, komandada ən azından bir-birini əvəzləyə bilən futbolçular var. Kimlərsə olmasa da, çalışacağıq ki, onların yerini başqalarıyla doldura bilək. 

 

- Avropa çempionatının seçmə mərhələsində ümumi məqsədiniz nədi?

- A milli səviyyəsində qadın yığmamız son dəfə seçmə mərhələdə 2008-ci ildə olub. Bundan neçə il sonra biz gəlmişik. Statistikaya baxsaq, ən gənc komanda bizik. 10 il  əvvəl işimizə başlayaraq 10 ilin komandasını qurmuşuq. Qızlarımızı U-15, U-17, U-19 yığmalarında olublar. İlk seçmə tsiklimizdi, praktikamız azdı. Elə qızlarımız var ki, çox gəncdi. Birinci məqsəd odur ki, böyükhesablı məğlubiyyətlər olmasın. İstəmirik ki, belə nəticələr olsun və bunun üçün mübürizə aparırıq. İspaniya ilə matçda bunu görə bilərdik. 90 dəqiqə meydançada xarakterli, çox istəkli, vuruşan komanda görə bilərdiniz. Əlimizdən gələni edəcəyik ki, ağır məğlubiyyətlər almayaq. İkincisi də turnir cədvəlində son pilləni tutmaq istəmirik. Bu məqsədlərə nail olmaq üçün də komanda olaraq mübarizə aparırıq. Belə nəticəyə gəldik ki, qızlarımızı yaxın ölkələrə çıxaraq ordakı klublarında çıxış etsinlər. Çünki onların çempionatların səviyyəsi bizdən daha yuxarıdı. Bu addımımız məqsədə çatmaqda bizə kömək olmalıdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB