TOP 10

Millimizin yeni baş məşqçisi nə vaxt bəlli olacaq?

Voleybol
Tarix: 2019-11-06 13:00

2019-cu ilin may ayında ölkəmizə dəvət olunmuş və milli komandamızın baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabr ayında Avropa Çempionatından sonra başa çatıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası tərəfindən KİV nümayəndələrinə dəfələrlə məlumat verilib.

 

Qeyd edək ki, Covanni Kaprara milli komandamızın baş məşqçisi kimi “Qızıl Avropa Liqasında”, “2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində” və “Avropa Çempionatında” çıxış edib.

 

Yanvar ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək Voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisinin kim olacağı isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxın zamanda açıqlanacaq.

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB