TOP 10

"Qarabağ" variantını eşidəndə bir an düşünməyən ukraynalı hücumçu: "İki aya uyğunlaşdım və özümü evdəki ikimi hiss etdim"

Futbol
Tarix: 2019-11-06 12:00

"Azərbaycana səfər mənə çox şey verdi. "Qarabağ" variantını eşidən kimi bir an düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq perspektivi var idi". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın ukraynalı sabiq legioneri Yaroslav Deda deyib.
 

2017-ci ilin yayında Ağdam təmsilçisinin U-19 komandasına cəlb olunan 20 yaşlı hücumçu Azərbaycandakı karyerası ilə bağlı da danışıb. Ukraynanın "Karpatı" klubunun futbolçusu ölkəmizdəki mühitə tez uyğunlaşıdığını söyləyərək, Azərbaycan vətədaşlığını almaq təklifini qəbul etmədiyini bir daha xatırladıb: "Azərbaycanın mentaliteti bizimkindən fərqlidi. Ancaq əvvəlcə bu baxımdan heç bir problem yaşamadım. İki aya uyğunlaşdım və özümü evdəki ikimi hiss etdim. 2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim və valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm".
 

Qeyd edək ki, Deda Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb, 3 qol vurub. Bunlardan 2-si "Atletiko"nun, 1 dəfə isə "Çelsi"nin qapısına olub. 
 

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB