TOP 10

Matiç "Qarabağ"la matçı son şans sayır: "Ümid edirəm ki, bunları qarşıdakı matçda da görəcəyəm"

Futbol
Tarix: 2019-11-06 10:01

"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. "Qarabağ"la qarşılaşmaya çox yaxşı hazırlaşmışıq". Sport24.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

 

29 yaşlı serbiyalı yarımmüdafiəçinin sözlərinə görə, azarkeşlərinin dəstəklərinə böyük ehtiyacları var: "Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik. Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdü. Ümid edirəm ki, bunları "Qarabağ"la matçda da görəcəyəm".

 

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. APOEL sabahkı matçı uduzarsa, "Qarabağ"dan xal fərqini 6-ya artması nəticəsində şansı demək olar qalmayacaq. 

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB