TOP 10

Slovakiya millisinin baş məşqçisi: "Azərbaycan yığmaısyla matçda hər şey edəcəyik"

Futbol
Tarix: 2019-11-05 19:00

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal açıqlama verib. Sport24.az xəbər verir ki, Xorvatiya ilə qarşıdan gələn oyunla bağlı danışan çexiyalı mütəxəssis son turda noyabrın 19-da Azərbaycanla keçiriləcək görüşün həlledici olduğunu söyləyib: "Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdi. Bu oyundan çox şey asılıdı. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq".

 

Xatırladaq ki, Slovakiya – Azərbaycan oyunu Trnavada keçiriləcək. 

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB