TOP 10

"Qarabağ" sabah Kiprə yollanır - 2 futbolçu Bakıda qalacaq

Futbol
Tarix: 2019-11-04 17:00

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin növbəti turunda APOEL-lə səfər matçı üçün sabah Kiprə yollanacaq. Sport24.az xəbər verir ki, təmsilçisimiz saat 18:00-da Bakıdan Nikosiyaya çarter reysilə 3 saatlıq yol qət edəcək.

 

Ağdam klubu səfərə iki aparıcı futbolçusuz yollanacaq. Bunlar hələ yay fasiləsində ağır zədələnərək qış fasiləsinədək meydana çıxmayacağı gözlənilən xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə millimizin də üzvü olan hücumçu Mahir Emrelidi. Onlar APOEL-lə Bakıdakı qarşılaşmanı olduğu kimi, Nikosiyadakı görüşü də kənardan izləyəcəklər.

 

Mahirin "Neftçi"ylə matçda aldığı zədə ciddi olub. Belə ki, əzələsini dartan gənc futbolçunu ikihəftəlik sıradan çıxıb. Bu isə o deməkdir ki, Emreli Avropa Liqaısnda təkcə APOEL-lə yox, böyük ehtimalla "Sevilya"yla da səfər matçını buraxacaq. Onun millimizin AVRO-2020-nin son matçları olan Uels və Slovakiyayla görüşlərə də çağırılmayacağı dəqiqdi. Filip isə artıq Bakıya dönərək hələ ki "Qarabağ"ın düşərgəsində fərdi məşqlərlə kifayətlənir.

 

"Qarabağ"ın qrupda son 2 matçında zədə üzündən kənarda qalan ispan yarımmüdafiəçisi Xayme Romero zədəsini sağaldaraq Premyer Liqanın son turunda "Neftçi"ylə görüşdə ehtiyatda olub. Bu, cinah müdafiəçiləri Abbas Hüseynovla fransalı Faysal Rerrasa da aiddi. 

 

Xatırladaq ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Bakı vaxtilə saat 21:55-də keçiriləcək. 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB