TOP 10

Yurçeviç qapıçıları müəyyənləşdirib - dəyişiklik var

Futbol
Tarix: 2019-11-03 10:40

Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsində son qarşılaşmaları olan Uelslə ev, Slovakiyayla səfər matçlarına heyəti növbəti həftə açıqlanacaq. Sport24.az-ən əldə etdiyi məlumata görə, millimizin baş məşqçisi Nikola Yurçeviç həmin görüşlərə çağıracaq qapıçıları artıq müəyyənləşdirib. Belə ki, qarşıdakı iki turda zədə problemi olmazsa, yığmanın toplanışına gələcək 3 qapıçı Emil Balayev ("Tobol", Qazaxıstan), Səlahət Ağayev ("Neftçi") və Mehdi Cənnətov ("Sumqayıt") olacaq.

 

Bəli, xorvatiyalı mütəxəssis "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevi bu dəfə çağırmayacaq.  Buna səbəb məşhur Asmir Beqoviçin "Qarabağ"a transfer olunmasından sonra Şahrudinin ümumiyyətlə, oynamamasıdı. Halbuki, cari çempionatın ilk 3 turunda "Qarabağ"ın qapısını məhz Məhəmmədəliyev qoruyurdu və top da buraxmayaraq millinin sentyabr matçlarıan dəvət olunmuşdu  Ancaq Beqoviç gələndən sonra Avropa Liqası da daxil olmaqla bütün matçları əvəzolunmadan keçirib. Nəticədə Şahrudin klubunda 3-cü qapıçı olmasıyla barışıb. Yığmanın oktyabr toplanışında isə Səlahət zədə aldığından Şahrudinin çağırılmasına ehtiyac vardı. Həmin vaxt Cənnətov də ilk dəfə dəvət olunmuşdu və milliləşdirilən bu dağıstanlı qapıçılar hələ ki yığmada "siftə" etməyiblər. 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB