TOP 10

"Keşlə" qışda 3 futbolçu transfer edəcək: "Gecə-gündüz yalvarıram ki..."

Futbol
Tarix: 2019-11-02 18:40

"Keşlə" qış fasiləsində 3 transfer edəcək. Sport24.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın X turunda "Səbail"lə səfərdə qolsuz bərabərliyə qladıqları matmdan sonra mətbuat konfransında bildirib.

 

O, artıq indidən yeni futbolçularla bağlı axtarışlara başladıqlarını söyləyib: "Bu gün ehtiyat qüvvəmizlə bağlı problem varsa, qışadək də olacaq. Gecə-gündüz Allaha yalvarıram ki, sərancamımda olan 12-13 futbolçuma heç nə olmasın. Qarşıda hələ 4 tur var və hər şey ola bilər. İlkin Qırtımov hələ ilk hissədə zədələnmişdi. Dedim ki, dözsün, oyunu davam etdirsin. Çünki təcrübəli müdafiəçi kimi ona ehtiyacımız vardı. İkinci hissənin əvvəlində oyunu davam etdirə bilmədiyinə işarə vurdu və məcburiyyətdən onu əvələzdim. Açıq deyirəm ki, üçüncü oyunçu buraxmağa futbolçum yox idi. Çünki ehtiyat skamyamız yoxdu. Qışda bir neçə futbolçu cəlb olunacaq. Bu, konkret futbolçu olacaq - 2 legioner, 1-i yerli". 

 

 

MEHMAN SÜLEYMANOV

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB