TOP 10

Hacıyev əvəzlədiyi kapitanının onunla görüşməyərək paltardəyişmə otağına yollanmasına aydınlıq gətirdi: "Həm oyundan, həm də nəticədən razı qaldım"

Futbol
Tarix: 2019-11-02 18:30

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın X turunda "Keşlə"ylə evdə qolsuz bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçriib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Əvvəlcədən bilirdik ki, hansı rəqibə qarşı mübarizə aparacağıq. "Keşlə" az top buraxan, son vaxtlar yaxşı formada olan komandadı. Buna görə də matça ciddi hazırlaşmışdıq. Hər iki hissədə oyunun nəzarəti bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, yoxsa yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda əziyyət çəkdi. Fərq ondadır ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq vardı. Bu da normal idi. Həm oyundan, həm də nəticədən razı qaldım.

 

- Mirabdulla Ababsov son 2 matçda sonradan meydana çıxır, əvəzində 21 yaş limitində 2 futbolçu oynadırsınız, Elçin Rəhimli də start heyətində çıxır. Mirbadullanın ehtiyatda qalması taktiki gedişlə bağlıdı, yoxsa hazırda yaxşı formada olmadığına görə?

- Elçin "Qarabağ"la matçı yaxşı keçirmişdi. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətində meydana çıxmağlı məşqdəki əziyyətinin nəticəsidi. Ancaq Mİrabdullaya da ehtiyacımız car. Bilirsiniz ki, ehtiyat qüvvəmiz geniş deyil. Buna görə də hər bir futbolçu bizim üçün vacibdi.

 

- Kapitanınız Eltun Yaqublunu əvəzləyəndən sonra görüşmədiniz. O, ehtiyat oyunçular skamyasında da qalmadı, birbaşa paltardəyişmə otağına yollandı. Aranızda problem var?

- Yox. Həmin anda məşqçilərimizlə məsləhətləşirdim. O, məni görmədi. Diqqət yetirsəniz, sonradan görüşdük. Ehtiyat oyunçular skamyasında otrmamağı isə soyuqla bağlıdı. Xəstələnməməsi üçün paltardəyişmə otağına yollanmasını daha məqsədəuyğun saydıq. 

 

MEHMAN SÜLEYMANOV

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB