TOP 10

Qadın şahmatçılarımız Ermənistanı parçaladı və...27 il sonra Avropa üçüncülüyü!

Şahmat
Tarix: 2019-11-02 15:36

Bu gün Batumidə kişi və qadınlar arasında şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu - IX turun partiyaları keçirilir. Sport24.az xəbər verir ki,  kişi yığmamızda fərqli olaraq, qadınlardan ibarət komandamız medalçılar sırasına düşmək şansını qoruyurlar.

 

Xanım Balacayeva çox təcrübəli Elina Danielyanla qara fiqurlarla xalları yarı böldü. Digər 3 lövhədə ki mübarizədə yalnız Ülviyyə Fətəliyevanın vəziyyəti azacıq pisdi, Günay Məmmədzadə və Gülnar Məmmədova isə yaxşı qələbə şanslarına malikdirlər.

 

Gülnar Məmmədova böyük üstünlük qazandığı partiyada xal bölgüsünə razılaşdı. Bu da səbəbsiz deyil. Çünki birinci lövhədə Günay Məmmədzadə Lilit Mkrtçyan üzərində parlaq qələbə qazandı. İndi qadınlardan ibarət yığmamızı Avropa bürüncündən yarım xal ayırır. Bunun üçün Ülviyyə Fətəliyevanın heç-heçə etməsi kifayətdir.

 

Qadınlardan ibarət yığmamızın Avropa çempionatının b7rinc medalını qazanacağı rəsmiləşdi. Buna səbəb Rusiyanın Türkiyəni məğlub etməsidi. Türklər yeganə yığma idi ki, qızlarımız ermənilərlə bərabərliyə qalacağı təqdirdə millimizlə xalları bəeabəeləşdirmək şansını saxlayırdı. Lakin qələbəni bayram edən ruslar qitə çempionluğunu əldə etməklə yanaşı, Azərbaycanın da bürüncünü təmin etdilər. Qeyd edək ki, qadın şahmatçılarımız analoji uğura bir dəfə imza atmışdılar - düz 27 il öncə. 

 

Tam bərabər vəziyyətdə Mariya Qevorqyan Ülviyyə Fətəliyeva ilə xal bölgüsünə razılaşdı. Beləliklə, qızlarımız erməniləri 2,5:1,5 hesabı ilə məğlub etdilər!

 

Sloveniya - AZƏRBAYCAN 1:3
Luka Leniç - Arkadi Naydiç 1/2:1/2
Yurd Borisek - Rauf Məmmədov 0:1
Matey Şebenik - Qədir Hüseynov 0:1
Yan Skubelj - Eltac Səfərli 1/2:1/2

 

AZƏRBAYCAN - Ermənistan 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan 1:0
Xanım Balacayeva - Elina Danielyan 1/2:1/2
Ülviyyə Fətəliyeva - Mariya Qevorqyan 1:0
Gülnar Məmmədova - Anna Sarqsyan 1/2:1/2

1. Rusiya - 14. 2. Gürcüstan - 13. 3. AZƏRBAYCAN - 12.

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB