TOP 10

Nurlan Osmanovdan Avropa birinciliyində gümüş medal

Cüdo
Tarix: 2019-11-01 19:39

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinə start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. 
 

66 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov Belarus, Macarıstan, İsveçrə və İtaliyadan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada meydan sahibi, rusiyalı Murad Çopanova uduzan Nurlan qitə birinciliyinin gümüş medalını qazanıb.


Qeyd edək ki, 33 ölkədən 235 idmançının (135 kişi, 100 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB