TOP 10

“Qəbələ” boksçuları Antalyada

Boks
Tarix: 2019-10-31 17:15

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, klubun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər. 


Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 6 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb. Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. 


Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçularımız üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB