TOP 10

Yığmamız almanlara da uduzdu, qızlarımızdan tarixi heç-heçə

Şahmat
Tarix: 2019-10-30 21:26

Batumidə 1 günlük fasilədən sonra kişi və qadın şahmatçıları arasında komanda Avropa çempionatı bugünkü matçlarla davam edib. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Almaniya ilə, qızlarımız isə Rusiya yığmaları ilə üz-üzə gəliblər.

 

Arxada qalan 5 turdan sonra kişilərdən ibarət yığmamız 7 xalla 6-cı pillədə qərarlaşıb və liderlər - Ukrayna və Rusiyadan 2 xal geri qalır. Qadınlardan ibarət komandamız isə 8 xalla Gürcüstan və Serbiya ilə 2-4-cü yerləri bölüşdürür. Qızlarımızın bugünkü rəqibi isə çempionatın vahid lideri, keçirdiyi bütün matçlardan qalib ayrılaraq 10 xal toplayan Rusiya idi.

 

Bütün ümidləri.koşi yığmamıza bağlasaq da, komandamız yenə də rəzalət yaşayıb. Qadınlardan ibarət komandamız isə tarixində ilk dəfə Rusiya millisinə uduzmayıb.

 

Almaniya - AZƏRBAYCAN 2,5:1,5

Liviya Nisipeanu - Şəhriyar Məmmədyarov 1/2:1/2
Matias Blubaum - Arkadi Naydiç 1/2:1/2
Daniel Fridman - Rauf Məmmədov 1:0
Georq Meyer - Qədir Hüseynov 1/2:1/2

 

AZƏRBAYCAN - Rusiya 2:2

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina 1/2:1/2
Ülviyyə Fətəliyeva - Katerina Laqno 1/2:1/2
Gülnar Məmmədova - Olqa Girya 1/2:1/2
Türkan Məmmədyarova - Valentina Qunina 1/2:1:/2

 

Bunadək bütün matçlardan qalib ayrılan indiyədək bütün turnirlərdə Azərbaycanın qadınlardan ibarət yığmasını məğlub edən Rusiya bu dəfə xal bölgüsünə razılaşmalı oldu.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB