TOP 10

Qızlarımız İtaliyanı da devirdi, kişilərin mübarizəsində sülh

Şahmat
Tarix: 2019-10-28 20:15

Batumidə kişi və qadınlar arasında təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında bu gün 5-ci turun partiyaları baş tutacaq. Sport24.az xəbər verir ki, həm kişi, həm də qadın şahmatçılarımız bunadək 6 xal (3 qələbə və 1 məğlubiyyət) toplamağı bacarıblar.

 

Bu gün kişilərdən ibarət komandamız Xorvatiya yığması ilə üz-üzə gəlir. Maraqlıdır ki, millimizin lideri Şəhriyar Məmmədyarov bu turda lövhə arxasına keçməyəcək.

 

Qadınlardan ibarət yığmamız isə İtaliya ilə üz-üzə gələcək.

 

Xorvatiya - AZƏRBAYCAN 1,5:1,5
İvan Sariç - Arkadi Naydiç 1/2:1/2
Marin Bosioçiç - Rauf Məmmədov 
Hrvoe Steviç - Qədir Hüseynov 1/2:1/2
Antep Brkiç - Eltac Səfərli 1/2:1/2

 

İtaliya - AZƏRBAYCAN 1,5:2,5
Marina Brunello - Günay Məmmədzadə 1/2:1/2
Olqa Zimina - Xanım Balacayeva 1:0
Yelena Ardına - Ülviyyə Fətəliyeva 0:1
Daniela Movileanu - Gülnar Məmmədova 0:1

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB