TOP 10

Millimizin potensial rəqibləri müəyyənləşdi

Futzal
Tarix: 2019-10-28 10:41

Dünən keçirilmiş oyunlarla DÇ-2020-nin əsas mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, bununla da elit-raunda vəsiqə qazanmış komandalar müəyyənləşib.

 

İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıb.

 

Elit-raundun püşkü noyabrın 7-də, saat 17:15-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.

 

1-ci qrup

İspaniya, Finlandiya

 

2-ci qrup

Sloveniya, Ukrayna

 

3-cü qrup

AZƏRBAYCAN, Slovakiya

 

4-cü qrup

İtaliya, Belarus

 

5-ci qrup

Qazaxıstan, Rumıniya

 

6-cı qrup

Serbiya, Fransa

 

7-ci qrup

Rusiya, Xorvatiya

 

 8-ci qrup

Portuqaliya, Çexiya

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB