TOP 10

Bakı Elit-raundda ev sahibliyi edəcəkmi? - Futzal Federasiyası cavab verir - RƏSMİ

Futzal
Tarix: 2019-10-27 11:00

Dünən futzal üzrə milli komandamız  2020-ci ol dünya çempionatının əsas mərhələsinin son matçında Slovakiya üzərində 2:0 hesablı qələbə qazanaraq qrup qalibi adını qazandı. Oyunun böyük hissəsini hücumda keçirən Joze Alesionun yetirmələri uzun müddət hesabı aça bilməsələr də, aramsız hücumlar sonda bəhrəsini verdi və qrup birincisi olmaq üçün tələb olunan qələbə əldə edildi. Bunda heç şübhəsiz ki, tribunalara toplaşmış azarkeşlərin də payı az olmadı. Durmadan futzalçılarımızı irəli səsləyən fanatlar sonda məmnun qaldıqları nəticəyə töhfə vermiş oldular.

 

Bəs Elit-raundda necə, milli komandamız yenidən Bakıda oynaya bilərmi? Bu sualla Azərbaycan Futzal Federasiyasına müraciət etdik. Sport24.az-ın bununla bağlı sualını Federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov cavablandırdı: “Bəli, artıq qərar verilib. Azərbaycan Elit-raundda iştirak etdiyi qrupa ev sahibliyi etmək üçün UEFA-ya müraciət edəcək. Son söz sahibi Avropanın ali futbol qurumu olacaq. Onlar yenidən paytaxtımıza etimad göstərsələr, Elit-raund oyunlarını da Bakı İdman Sarayında keçirəcəyik”.

 

Qeyd edək ki, Elit-raund mərhələsinin püşkü noyabrın 7-də Nyonda atılacaq. Bu mərhələdə qrup qalibi adını qazanan 4 komanda mundialda vəsiqəni təmin edəcək. Qrup ikinciləri isə pley-ofda daha 2 xoşbəxtin adına aydınlıq gətirəcəklər.
 

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB