TOP 10

Slovakiya yığmasının baş məşqçisi Azərbaycanın təşkilatçılığından razı qalıb: "Millinizdə bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi"

Futzal
Tarix: 2019-10-26 22:18

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində qrupun son oyununda Azərbaycan yığmasına 0:2 məğlub olan Slovakiya millisinin baş məşqçisi Marian Berki oyunsonrası mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, mütəxəssis millimizin oyununu yüksək dəyərləndirib: "Təşkilatçılığa görə ölkənizin federasiya rəhbərliyinə təşəkkür edirəm. Azərbaycan yığmasını qrup qalibi olması münasibəti ilə təbrik edirəm. İki səhv buraxdıq və bunun nəticəsində də uduzduq. Millinizdə bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi. Fasilədən sonra çoxlu səhvlər buraxdıq. Fərqlənmək üçün səy göstərsək də, buna nail olmadıq. Qalib gəlmək üçün isə qol vurmaq lazımdı"

 

Xatırladaq ki, Slovakiyaya millimizdən daha yaxşı topa fərqi olduğundan qrup qalibi olması üçün bu görüşdə heç-heçə də bəs edirdi. 

 

 

 

CEYHUN ƏLİYEV

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB