TOP 10

Əliş Nəzərov 9-cu oldu

Digər
Tarix: 2019-10-26 20:39

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sport24.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. 
 

Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar. Bu gün onlar öz çıxışlarına yekun vururlar.


Öncə Əliş Nəzərov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.


Atletimiz toplam 323 kq (147+176) nəticə ilə 9-cu yeri tutub.

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB