TOP 10

“Zirvə”dən ardıcıl 3-cü qələbə

Basketbol
Tarix: 2019-10-25 21:18

Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 3-cü tura start verilib. Sport24.az xəbər verir ki, turun açılış matçında “Sərkərdə” və “Zirvə” klubları üz-üzə gəlib.


Azərbaycan Texniki Universitetinin basketbol arenasında baş tutan qarşılaşma Astara təmsilçisinin qələbəsiylə başa çatıb – 89:77.


Üçüncü turun digər oyunları sabah keçiriləcək:


13:00. Xırdalan - Gəncə
15:00. Sıçrayış - Atom
17:00. Atletik - 80-lər 

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB