TOP 10

Kişi şahmatçılarımız Avropa çempionatında “at oynadır”

Futzal
Tarix: 2019-10-25 20:57

Batumidə kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatında 2-ci turun qarşılaşmaları baş tutub. Sport24.az xəbər verir ki, kişilərdən ibarət komandamız güclü Fransa yığması ilə qarşılaşmadan üzüağ çıxmağı bacarıb.

 

Şəhriyar Məmmədyarov, Arkadi Naydiç və Qədir Hüseynovun öz partiyalarını heç-heçə başa vurduqları matçda Rauf Məmmədov Mark Mauirizini məğlub edərək yığmamıza qələbə qazandırıb. Bu qələbə sayəsində kişilərdən ibarət komandamız maksimum - 4 xalla liderlər sırasındadır.

 

Kişilər. AZƏRBAYCAN - Fransa 2,5:1,5
Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav 1/2:1/2
Arkadi Naydiç - Eduard Romeyn 1/2:1/2
Rauf Məmmədov - Mark Maurizi 1:0
Qədir Hüseynov - Tiqran Qaramyan 1/2:1/2

 

Qadınlardan ibarət yığmamız isə İspaniya ilə görüşdən məğlub ayrılıb.

Qadınlar. AZƏRBAYCAN - İspaniya 0,5:3,5
Günay Məmmədzadə -  Sabrina Qutierres 1/2:1/2
Xanım Balacayeva - Marta Qarsia 0:1 
Ülviyyə Fətəliyeva - Ana Matnadze 0:1
Türkan Məmmədyarova - Monika Kalzetta 0:1

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB