TOP 10

Azərbaycan yığmasının qrupda 1-ci yeri tutacağını sayan baş məşqçi: "Çünki milliniz Slovakiya ilə müqayisədə fərqli oyun nümayiş etdirir"

Futzal
Tarix: 2019-10-24 23:07

Futzal üzrə Monteneqro milli komandasının baş məşqçisi Sveto Ljesar 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan yığmasına 2:3 hesabıyla uduzduqları görüşdən sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, monteneqrolu mütəxəssis fikirlərini Bakıdakı turnirdə təşkilatçılığı yüksək qiymətləndirməklə başlayıb: "İlk növbədə yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Futzal yarışlarında kiçik ölkələrdən hesab edilirik. Bu cür turnirlərdə iddiamız az olur, əsaəsn təcrübəmizi artırırıq. Komandam Azərbaycana qarşı yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik. Bu dəfə oyunumuz fərqli olsa da, bu, nəticə qazanmaq üçün bəs etdi. Təbii ki, bunda rəqibin güclü, təcrübəsinin böyük olmasının da rolu az olmadı".

 

Məlumdur ki, Azərbaycan və Slovakiya yığmaları artıq vəzifəsinin öhdəsindən gəlib. Maraqlıdı. Ljesar bu yığmaladan hansının elit-raunda 1-ci yerlə yollanacağını düşünür?: "Məncə, milli komandanız qrupu ilk pillədə başa vuracaq. Çünki Azərbaycan fərqli oyun nümayiş etdirir. Buna görə qrup qalibi olmağa böyuk şansının olduğunu sayıram. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var”.

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB