TOP 10

Joze Alesio qorxduğu məqamı Monteneqroya qalib gəldikləri matçın ilk hissəsində görüb: "Slovakiyanı da məğlub etməyə böyük şansımız var"

Futzal
Tarix: 2019-10-24 22:50

Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Monteneqro millisinə 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablandırıb. Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis iki fərqli hissə izlədiklərini söyləyib: "Turnirdə qorxduğum amilə dünənki oyundan sonra toxunmuşdum ki, bu gün onunla rastlaşdım. Gördüm ki, komandamız meydana boşalmış, az konsentrasiya ilə çıxıb. Bu, meydanda ilk hissədə göründü. Çox pis oynadıq. Çoxdandı millimizdən belə pis oyun görməmişdim. Oyun nizam-intizamı, konsentrasiyası yox idi. Bunu yalnız ilk hissəylə bağlı söyləyə bilərəm. Ancaq ikinci hissədə vəziyyəti dəyişdik, rəqibə ciddi yanaşdıq və nəticədə meydanda fərqli komanda vardı. Monteneqro yığması zəif deyildi. Oyunçularımıza da bildirmişdim ki, çətin qarşılaşma olacaq. Ola bilər ki, yetirmələrim rəqibə zəif gözü ilə baxdılar. Bəzən oyunda belə fərqlilik olur. Burda psixoloji məqam vacibdi. Yəni evdə çıxış edəndə asan da ola bilər, çətinliklə də üzləşə bilərsən. Ən vacibi odur ki ki, bu gün qələbə qazandıq və elit-raunda mərhələyə vəsiqəni təmin etdik".

 

Alesio son turda görüşəcəyi Slovakiya yığması haqda fikir bildirməyi ilk matçdan sonra məqsədəuyğun saymamışdı. İndi təcrübəli çalışdırıcıdan hazırda 1-ci gedən rəqib  və onu məğlub etmək şansımızın nə dərəcədə yüksək olması haqda soruşduq: "Şansları bərabər sayıram. Slovakiya yığması da yaxşı komandadı. Ümumiyyətlə, bütün rəqiblərə hörmət edirəm. Slovaklar güclü rəqib olsalar da, bizim də 1-ci yeri tutmağa böyük şansımız var. Son matça da ciddi hazırlaşacağıq. Bizə o mənada asan olacaq ki, oyunçularımız rəqibi yaxşı tanıyır, necə oynadığını görüb. Slovakiya yığmasının çox matçını görmüşük. Ancaq şəndə günü tam fərqli qarşılaşma olacaq. Fikrimcə, komandama belə həlledici matça özünü motivasiya etmək asan olacaq. Əlbəttə, hər bir nəticə qeydə alına bilər. Ancaq evdə çıxış etdiyimizə görə də şansımız daha çox olmalıdı. Bu iki matçda səliqəli oynadıq ki, iki sarı vərəqə alaraq Slovakiya ilə görüşə cəzalı oyunçumuz olmasın. İlk matçda qırmızı vərəəq alan olan İsa Atayev də cəzasını bitirərək sıraya qayıdır. Slovakiya ilə matça tam heyətlə tam hazır olacağıq. 1-ci yeri tutmaq üçün oynayacağıq".

 

Məlumdur ki, Slovakiyaya topların daha yaxşı fərqinə görə qrup mübarizəsini 1-ci yerdə bitirmək üçün heç-heçə də sərf edir. Alesio bu amilin rəqibin şanslarını artırmasıyla razılaşır: "Onlar bu yaş top fərqinə iki matçda nail olublar. Bizdən çox qol vurublar. Ancaq həmişə qələbəyə oynayırıq, Ona görə də istənilən halda heç-heçə üçün oynamayacaqdıq. Məncə, Slovakiya da 1 xala oynamayacaq. Biz də zəif rəqib deyilik. Ona görə son turda Slovakiyaya da çətin olacaq". 

 

Xatırladaq ki, Azərbaycan - Slovakiya matçı oktyabrın 26-da saat 20:55-də keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB