TOP 10

“Qarabağ” APOEL-lə məhsuldar heç-heçəyə razılaşdı

Futbol
Tarix: 2019-10-24 22:46

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.


Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi doğma meydanda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.


Azərbaycan çempionu bu oyunda ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, Kipr təmsilçisi ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki APOEL ilk turda Lüksemburq “Düdelanj”ına 3:4, daha sonra İspaniya nəhəngi “Sevilya”ya 0:1 hesabıyla uduzub. Ağdam klubu isə doğma meydanda “Sevilya”ya uduzubsa (0:3), “Düdelanj” səfərində qalib gəlib – 4:1.


Bu oyun “Qarabağ” üçün təkcə qrupdan çıxmaq yox, həm də bu mövsüm məhz APOEL-dən aldığı ağır məğlubiyyətin qisasını almaq baxımından vacib əhəmiyyət daşıyır. Belə ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubu məhz bu komanda ilə qarşılaşmışdı. Amma səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. 


Bu gün qrupun digər oyununda “Sevilya” doğma meydanda “Düdelanj”la münasibətlərinə aydınlıq gətirəcək.


Avropa Liqası
A qrupu

24 oktyabr


“Qarabağ” - APOEL 2:2 
Qollar: D.Kintana, 12. A.Silva, 58 - N.İoannu, 28. L.Hallenius, 45
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 17. Antonio Yakoliş, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB