TOP 10

Şahmat millimizdə növbəti dəyişiklik: Abbasov da imtina etdi

Şahmat
Tarix: 2019-10-23 23:38

Sabah Batumidə ilk turu baş tutacaq şahmat üzrə komanda Avropa çempionatında kişilərdən ibarət millimizin heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, son anda Teymur Rəcəbovu əvəz edən Nicat Abbasov da yarışda iştirak etməyəcək.


Qrossmeysterimiz imtinasının səbəbi Men adasında iştirak etdiyi “Grand Swiss” turniridi. Abbasov yorğunluğu önə çəkərək yarışda uğurla çıxış edə bilməyəcəyini bildirib.


Onun əvəzinə millimizi kapitan Eltac Səfərli əvəz edəcək. Səfərli həm komanda yoldaşlarını oyunlara hazırlayacaq, həm də özü lövhə arxasına keçəcək.


Qeyd edək ki, daha öncə Dünya Kubokunun qalibi adını qazanmış Teymur Rəcəbov da yorğunluq səbəbindən Avropa çempionatında iştirakdan imtina edib.
 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB