TOP 10

Moldova millisinin baş məşqçisi xala layiq olduqlarını düşünür, qapıçısı ölkə prezidentinə verdikləri vədi açıqladı: "Qrupumuzun favoriti Azərbaycan yığmasıdı"

Futzal
Tarix: 2019-10-23 22:41

Moldova futzal yığmasının baş məşqçisi Vladimir Vusatyi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinə 1:3 hesabıyla uduzdquları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayının konfrans zalında jurnalsitlər qarşısına qapıçısı Aleksey Kapsamunla (A.K) çıxan moldovalı mütəxəssis əvvəlcə oyun haqda danışıb. 

 

- İlk növbədə isti qəbula görə Azərbaycana minnətdarlıq edirəm. Sanki evdən evə gəlmişik. Uzun müddətdi ölkələrimiz arasında yaxşı münasibətlər var. Nəticədən narazı qaldım. Hesab edirəm ki, xala layiq idik. Fərdi oyun keyfiyyətləri ilə seçilən oyunçularınız var. Ancaq fikrimcə, komanda şəklində pis təsir bağışlamadıq. Hələ heyətimizdə itkilərimiz olsa da, uduzmalı deyildik. Qapıçını sizlərin yanına gətirməyim təsadüfi deyil. Çünki matçda hər iki qapıçı yaxşı oynadı. Xüsusilə qolkiperiniz demək olar hər topu çıxardı. Bizim qapıçının da işi çox idi və layiqli çıxış etdi. Futzalda qapıçı vacib amildi.

 

- İlk turdan hiss olundu ki, qrupumuzda mübarizə gərgin olacaq. Bu mərhələdə məqsədiniz nə olacaq?

- Təbii ki, qrupdan çıxmaq. Başqa vəzifəni heç kim fikirləşmir. Bu mərhələdə təsadüfi komanda olmur. Keyfiyyətli komandalar da çox olur, oyunçular da. Ona görə sizə də asan olmayacaq, bizə də. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik. Sizdə problem az olur, çünki legionerləriniz çoxdu. Bizdə isə legioner də azdı, ölkə çempionatının səviyyəsi də aşağı. 

 

- Sizcə, hansı komanda qrupun favoritidi? 1-ci yerdə kimi görürsünüz?

- Sizin yığmanı. Sadəcə, Avropa reytinqinə baxaq - Azərbaycan yığması 7-ci yerdədi. Sizdə seçim imkanı genişdi. Bir komandayla hazırlaşdınız, indi başqa komandanı qarşımıza çıxarmısınız. Qrupda 2-ci yer uğrunda mübarizə aparacağıq. Bu, o demək deyil ki, uduzduq, belə də davam edəcək. Sabahkı oyunlar hər şeyi göstərəcək. Layiqli qrupda çıxış edirik. 

 

- Nadir hallarda dünyada ilk 10 yerdə gedən komandaya qarşı oynayırsınız. Azərbaycan millisiylə matçda təcrübəylə yanaşı, nə qazandınız?

- A.K: Belə yığmaya qarşı oynamaq ilk növbədə təcrübə verir. Hamı kimi, biz qapıçılara da. Üstəlik, tribunalar dolu olanda. Ajiotaj yüksək səviyyədədi. Bəli, ildə belə səviyyədə çox oyun keçirmirik. 

 

- Bizdə olan məlumata görə, ölkənizin prezidenti milli komandanızı Azərbaycana yola salıb. Ona nə söz vermisiniz?

- A.K: O, yığmamıza çox azarkeşlik edir. Bizə dedi ki, bütün ölkəni təmsil edirik, bunu yüksək səviyyədə etməliyik. Təbii ki, bizə uğurlar arzuladı. Biz də borcumuzu qaytararaq yaxşı çıxış etməyi, növbəti mərhələyə çıxmağı istəyirik. İnanıram ki, bunu həyata keçirəcəyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB