TOP 10

Bolqarıstan millisi "Qəbələ"ni məğlub edən baş məşqçiyə tapşırıldı

Futbol
Tarix: 2019-10-22 11:00

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov yığmanın baş məşqçi postuna Georgi Dermenciyevin gətiriləcəyini açıqlayıb.

 

Qurum rəsmisi yaxın günlərdə təyinatı rəsmən açıqlayacaqlarını bildirib.

 

64 yaşlı mütəxəssis sonuncu dəfə Sofiya “Levski”sini çalışdırıb. Bunadəksə vətənində "Ludoqororet"in baş məşqçisi olmuş Dermenciyev 2 il əvvəl Avstriyada təlim-məşq toplanışında "Qəbələ"ni yoxlama matçında 2:0 hesabıyla məğlub etmişdi. 

 

Xatırladaq ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Boqlarıstan millisinin üzvüdü. 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB