TOP 10

La Liqa klubu baş məşqçisini qovdu

Dünya Futbolu
Tarix: 2019-10-22 09:14

İspaniyanın “Leqanes” klubu baş məşqçisi Maurisio Pelleqrinonu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Argentinalı mütəxəssis komandanın cari mövsümdəki uğursuz çıxışı səbəbindən istefaya göndərilib. Komanda La Liqada 9 turdan sonra cəmi 2 xal toplayıb və 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Xatırladaq ki, 48 yaşlı məşqçi “Leqanes”i ötən mövsümdən çalışdırır. O, sözügedən komandanı çətinliklə də olsa, elitada saxlamağı bacarmışdı.


Pelleqrino daha öncə İspaniyada “Valensiya” və “Alaves” klublarını, İngiltərədə isə “Sauthempton”u çalışdırıb.
 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB