TOP 10

Öncə Qurbanov, sonra Doll

Futbol
Tarix: 2019-10-21 21:17

Avropa Liqasının qrup mərələsində keçiriləcək "Qarabağ" - APOEL matçı öncəsi son məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq.
 

O, oyundan bir gün əvvəl - oktyabrın 23-də, saat 13:00-da mətbuat konfransı keçirəcək. Saat 17:00-da Azərbaycan çempionunun "Azərsun Arena"da son məşqi baş tutacaq.


Saat 18:15-də isə APOEL-in çalışdırıcısı Tomas Doll jurnalistlər önünə çıxacaq. Nikosiya təmsilçisi son məşqini 19:00-da matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda keçəcək.


Qeyd edək ki, oktyabrın 24-də baş tutacaq "Qarabağ" - APOEL matçına saat 20:55-də start veriləcək.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB