TOP 10

Beqoviçin qismətində olan Qismət: "İndi futbolda nə etmişəm ki, nə də vurduğum bu qolla lovğalanım?"

Futbol
Tarix: 2019-10-21 17:18

"Qəbələ" bu mövsümdə ev qol hesabını da açdı, xal hesabını da. Bunu isə klubun öz yetirməsi olan Qismət Alıyev reallaşdırdı.Özü də 23 yaşlı müdafiəçi "qırmızı-qaralar"da qol hesabını açdı, özü də Asmir Beqoviç kimi tanınmış qapıçısı topu tordan çıxarmağa məcbur etdi. Qismət Sport24.az-a müsahibəsində özünü oyunun qəhrəmanı hesab etməyərək, "Qarabağ"ı ilk büdrətməyin bütün komandanın əməyinin nəticəsini saydığını bildirdi. 

 

- Səmimi olsan, matçdan əvvəl "Qarabağ" ki güclü xal alacağınızı gözləyirdiniz? Buna nə dərəcədə böyük inamınız vardı?

- Bilirdik ki, rəqib 7 turdur dalbadal qələbə qazanır. Avropa Liqasında qrup mərhələsində ölkəmizin yeganə təmsilçisidi. "Qarabağ"ın təkcə adı Azərbaycan çempionatında bizim üçün böyük motivasiyadı. Düzdür, rəqibə ilk dövrədə 0:3 hesabıyla uduzmuşduq. Bundan sonra məşçqilərimiz bu matçı çox analiz etmişdi. Hamımız bir ağızdan deyirdik ki, bu matçdan ən azı 1 xal almaq istəyirik. Meydana o mücadilə üçün çıxmışdıq, özünüz də gördünüz ki, komanda necə mübarizə apardı. 90-cı dəqiqə olsa da, hamı xal almağa görə başını da qoymağa hazır idi. 

 

- Bəs, onu da göz önünə gətirdiniz ki, Qəbələdə bu mövsüm məinki xal almamış, qol da vura bilməsiniz? Bu, sizdə ruh düşkülüyünü yaradırdımı?

- Düzdür, belə bir sindrom vardı. Biz də buna nəhayət. son qoyaq, ilk qolumuzu vuraq, ilk xalımız qazanaq və ən azından bununla Qəbələdəki azarkeşlərimizi sevindirək. Göstərək ki, xalı təkcə səfərdə qazanmırıq, evdə də bunu bacarırıq. 

 

- Həmin sindrom məhz sənin qolunla qırıldı. Özü də çox baxımlı alındı. Qapıçıyla bu təkbətək epizodu necə xatırlayırsan?

- Bu, həm "Qəbələ"də ilk qolumolduğuna, həm də İndiki vaxtda bunu "Qarabağ" kimi komandaya vurmağıma görə xüsusilə sevindiricidi. Ən azından belə güclü rəqibdən xal almağa kömək oldu. Konkret epizoda gəlincə, sağ cinahda topla irəliləyirdim. Gördüm ki, rəqibin müdafiəsinin mərkəzində boşluq var, irəliləmək imkanı var. Əslində, birinci fikirləşirdim ki, bəlkə ötürməylə irəli çıxım. Ancaq gördüm ki, yox, yanımda ötürmə veriləsi komanda yoldaşım yoxdu. Özüm topu götürərək irəlilədim, yanımda Fernan Lopez vardı, onunla oynadım. O da yaxşı ötürmə verdi. Topu götürən gördüm ki, qapıçıyla artıq təkbətək qalmışam. Orda da soyuqqanlı davranaraq hesabı açdım. 

 

- Qol vuracağınla bağlı hissiyatın var idi? 

- (gülür) Açığı, yox. Bircə fikrimiz "Qarabağ"dan xal almaq idi. Kimin qolun vurub-vurmaması vacib deyil. Bu dəfə mən vurdum, onu da yalnız "Qəbələ" azarkeşlərinə hədiyyə edirəm. Bəlkə də çoxları fikirləşirdi ki, çempionatımızın liderindən xal ala bilmərik, bizi rahat məğlub edəsidi. Ancaq əksini sübut etdik.

 

- Uşaq vaxtı televizordan "Çelsi"nin oyunlarını izləyərək gördüyün Asmir Beqoviçə nəinki qol vuracağı, hətta rəqib olacağına ağlına belə gəlməzdi. Özü də ona qol vuran ilk azərbaycanlı futbolçu oldun. Çünki Beqoviçin qapısında çempionatımızda ilk top keçirən legioner - "Zirə"nin paraqvaylı hücumçusu Xulio Sezar Rodriges oub. Beqoviçə ilk qol vuran azərbaycanlı futbolçu olmaq sənin üçün deməkdi? Xüsusi motivasiya verirmi?

- Bunu düşünməmişdim ki, ona azərbaycanlı futbol qol vurmayım. Sadəcə, bilirdim ki, o, "Qarabağ"da qol buraxıb, bu, cərimə zərbəsindən olub. Azərbaycanda yox, başqa çempionat olsaydı, yenə deyərdim ki, xüsusi qürurvericidi. Azərbaycan çempinatında isə qapıçının fərqi olmazdı. Başqa qapıçı olsaydı, yenə "Qarabağ"a qol vursaydıq, yenə hamımız böyük sevinc hissi keçirərdik. Bəlkə nə vaxtsa adam düşünər ki, "Çelsi"nin qapıçısına qol vurmuşam. 

 

- Onda lovğalanmağa əsasın olar?

- Yox-yox. Belə şey ola bilməz. Yaşlananda bəlkə (gülür) İndi futbolda nağarmışıq ki, nə də bu qolla lovğalanaq?

 

- Meydanda işin ona görə çox çətin idi ki, cinahında Abdulla Zubir kimi fərdi oyun keyfiyyətləri yüksək olan futbolçu vardı. Onun qarşısını almaq üçün çox sərt, kobud oynamalı, yolverilməz fəndlə qarşısını almalı olurdun. Hətta buna görə sarı vərəqə də aldın. Zubir səni çoxmu yordu?

- "Qarabağ" hər xətdə güclü heyətə malikdir. Təbii ki, Zubir də aparıcı, oyunu ilə seçilən futbolçusudu. Ona qarşı oynamaq hər bir müdafiəçi üçün çətindi. Anaq onu da deyərdim ki, təkcə Zubir yox, bütün komanda məni yordu.  

 

- "Qəbələ" "Qarabağ"ı ilk dəfə hesabda geri saldı. Qalib gəlsəydiniz, böyük sensasiya olardı. Buna nə imkan vermədi?

- Cəmi 6 dəqiqə keçdi ki, qol buraxdıq. Buna baxmayaraq, yenə dayanmadıq ki, arxasını vuracaqlar. Sonadək mübarizəmizi apardıq. Oyuna görə 11 nəfərimizin hamısı da canını qoymağa hazır idi. 

 

- "Qəbələ" qalan 81 dəqiqə müdafiə olunmadı, təhlükəli əks-hücumları da oldu. Daha bir qolu vurmağınıza nə mane oldu? Hələ özün hesab 1:0 olanda,dubla imza ataraq üstünlüyünüzü artıra bilərdiniz...

- Bəli, Beqoviç ustalığını göstərərək zərbəmi dəf etdi. Desək ki, "Qarabağ"la ilk matçdakı kimi tək qapı oyun oldu, yalan deyərəm. Udmasaq da, 1:1-dən sonra yaxşı hücumlarımız, real qol imkanlarımız oldu,  

 

- Bu enerjini hardan alırsınız? Mövsümə fiaskoyla başlayan "Qəbələ"də nə dəyişdi ki, belə komandaya çevrildiniz?

- Deməzdim ki, əvvəlki baş məşqçi pis idi, nəsə xüsusi bir şey dəyişdi. Eyni futbolçulardı. Hansı baş məşqçi olsa, yenə canımızı qoymağa hazırıq. Dönüş nöqtəsi "Sabah"la səfər matçı oldu. Toparlana bildik. Deyərlər ki, Sənan Qurbanov da getdi, bu görüşdə də uduzsaq, deyərlər ki, yenə futbolçularlıqdı. Hamımız əl-ələ verdik və dedik ki, ən azından "Qəbələ"nin adı son yerdə gediləsi deyil. Turnir cədvəlində axırda qərarlaşası heyətimiz yoxdu. "Sabah"ı 1:0 hesabıyla məğlub etdik və bundan sonra xallarımız gəldi. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Qəbələ

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB