TOP 10

“40+ Liqa”da yeni bombardir "Sport24"çü oldu: Autsayder yalnız son saniyə qoluyla məğlub edildi, “Veteranlar”ı saxlayan tapılmır

Futbol
Tarix: 2019-10-21 15:00

Ötən bazar “40+ Liqa”da 6-cı turun qarşılaşmaları baş tutdu. Sport24.az-ın informasiya dəstəkçisi olduğu yarışın bu turunda 57 qol vuruldu.

 

Oqtay Abdullayevin rəhbərlik etdiyi “Veteranlar” turnirdə itkisiz irəliləyən “Keşlə”yə də şans tanımadılar. Turun açılış matçı liderin inamlı qələbəsi ilə yekunlaşdı - 6:1. Zaur Ramazanovun het-trik etdiyi görüşdə “Keşlə”nin yeganə təsəllisi “Veteranlar”ın qolkiperi Hüseyn Məhəmmədovun qol vurmaması oldu. Belə ki, təcrübəli əlcək sahibi əvvəlki matçların hamısında rəqib torunu silkələməyi bacarmışdı.

 

Növbəti matçda “Pioner Arena” komandası - faktiki olaraq futzalçıların veteran yığması - “BravoDent”lə amansız davranaraq 10:3 hesablı qələbəni bayram etdi. Bu görüşdə pentatrik edən Ağatahir Əzimov vurduğu qolların sayını 13-ə çatdırdı.

 

Bu turadək “Sport24.az”ı 2 xal qabaqlayan “Qardaşlar” sayt komandasının qapısından 6 top keçirsələr də, bu, hətta heç-heçəyə də yetmədi. Komandamızda elə tək Azər Mehdiyev “Qardaşlar” qədər - 6 qola imza atdı. Bura Adil Şükürovun da 5 qolunu əlavə edən “Sport24.az”ın daha bir topuna Sadiq Ömərov imza atdı. Yekunda 18 qol qeydə alınan görüşdə komandamız 12:6 hesabıyla qalib gəldi.

 

Düşünmək olardı ki, günün ən məhsuldar qarşılaşması arxada qalıb. Lakin “dəvədən böyük fil var” deyən “Old Stars” və “Baktelekom” komandaları birlikdə 19 qol vurdular. Maraqlıdır ki, günün ən dramatik qarşılaşması da məhz bu görüş oldu. Hesabda daim öndə olan cütlüyün favoriti az qala arxayınçılığın qurbanı olacaqdı. Oyunun sonlarına yaxın 9:6 öndə olan “Old Stars” bir də onda ayıldı ki, tabloda 9:9 nəticəsi əks olunur. Yalnız son saniyədə vurulan qol arxada qalan oyunlarda cəmi 1 xal toplayan “Baktelekom”un 5-ci məğlubiyyətini rəsmiləşdirsi.

 

 

1. Veteranlar      6 5 1 0 51-18  16
2. Pioner Arena  5 4 1 0 36-10 13
3. Keşlə               4 3 0 1 30-20   9
4. Old Stars        5 2 1 2 32-30   7
5. Sport24.az     6 2 1 3 30-33   7
6. Qardaşlar       6 1 1 3 30-61   6
7. BravoDent      6 1 1 4 18-38   4
8. Baktelekom    6 0 1 5 35-52   1

 

Bombardirlər - Azər Mehdiyev  - 16 qol (Sport24.az),  Ağatahir Əzimov (Pioner Arena), Paşa Əliyev (Keşlə) - hər ikisi 13 qol
 

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB