TOP 10

Əliyar Ağayev “Espanyol”un oyununda

Futbol
Tarix: 2019-10-21 14:00

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) oyununun baş hakimi olacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.


Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.


Oktyabrın 24-də keçiriləcək “Ludoqorets” – “Espanyol” oyunu saat 20:55-də start götürəcək.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB