TOP 10

“Real” “Qalatasaray”la oyuna onları gətirmir

Dünya Futbolu
Tarix: 2019-10-21 14:23

“Real” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray”la qarşılaşacaq. Sport24.az xəbər verir ki, artıq Madrid təmsilçisinin sözügedən səfər oyunu üçün heyəti açıqlanıb. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


“Real”da Luka Modriç və Qaret Beyl zədə səbəbindən “Qalatasaray”la oyunun heyətinə daxil edilməyib.


“Qalatasaray” – “Real” oyunu sabah, saat 23:00-da start götürəcək.


Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;


Müdafiəçilər: Daniel Karvahal, Eder Militao, Rafael Varan, Alvaro Odriosola, Serxio Ramos, Ferlan Mendi, Marselo;


Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriqes, Kazemiro, İsko, Federiko Valverde;


Hücumçular: Eden Hazard, Kərim Benzema, Brahim Dias, Luka Yoviç, Vinisius Junior, Rodriqo.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB