TOP 10

Ağabala Ramazanov - 150!

Futbol
Tarix: 2019-10-21 11:33

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib. Sport24.az xəbər verir ki, VIII turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib.

 

Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən 26 yaşlı hücumçu 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb. O, ümumilikdə 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.

 

 

mövsüm

klub

oyun

qol

2011/12

Neftçi

1

0

2012/13

Xəzər Lənkəran

19

1

2013/14

Xəzər Lənkəran

21

1

2014/15

Xəzər Lənkəran

19

4

2015/16

Sumqayıt

33

5

2016/17

İnter

13

4

2016/17

Qarabağ

12

0

2017/18

Qarabağ

6

0

2018/19

Səbail

18

7

2019/20

Səbail

8

3

CƏMİ

 

150

25

Qeyd edək ki, Ramazanov Azərbaycan çempionatları tarixində 150 və daha çox oyun keçirən 230-cu futbolçudur.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB