TOP 10

"Qarabağ" 15-də dayandı, "Kəpəz"lə "Neftçi" əlçatmaz oldu

Futbol
Tarix: 2019-10-21 11:22

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Sport24.az xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun yetirmələri səfərdə “Qəbələ” ilə görüşdə heç-heçə edib – 1:1.

 

Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb. Ötən mövsümdə, martın 9-da keçirilən “Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn “Qarabağ” bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı.

 

Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdür. 224 gündən sonra xal itirən ağdamlılar yalnız “Kəpəz”lə “Turan”dan geri qalır. Belə ki, Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən “Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. “Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.

 

Qeyd edək ki, ilk yeddi turda xal itirməyən “Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. “Neftçi”nin 12 (1992) , 10 (1994/95) və 9 (1996/97), həmçinin “Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu “Neftçi”nin 2000/01, “Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB