TOP 10

Əsgərovsiz “Liepaya” evdə uduzdu

Dünya Futbolu
Tarix: 2019-10-21 09:48

Futbol üzrə Latviya çempionatında 33-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.


Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuzun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.


“Liepaya” hazırda 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB