TOP 10

Cavid Hüseynov mövsümün ən bərbad oyununu göstərmələri ilə razılaşmadı: "Xallar itiririk və bunlar bizim üçün ağır nəticələr verə bilər"

Futbol
Tarix: 2019-10-20 23:19

"Zirə"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Sportnet.az xəbər verir ki, təcrübəli futbolçu öncə məğlubiyyətin səbəblərini açıqlayıb.

 

- Komandada istək çatışmazlığı var idi. Bunu indiyə kimi çıxdığımız bütün görüşlərdən sonra istər yaxın, istərsə də uzaq şəxslər bizə deyirdilər. Bu gün əsas məqsədimiz mübarizə aparmaq idi. Məncə, bu, ilk hissədə bir az hiss olunurdu. Sadəcə, asan qollar buraxdıq və imkanlarımızdan istifadə edə bilmədik. Sonda belə acı məğlubiyyətlə üzləşdik.

 

- Şans demişkən, 90 dəqiqə ərzində qapıya 1 zərbə belə vurmadınız. Hansı şansı nəzərdə tutursan?
- Ötürmə verdiyimdə Soni Norde qapıçı ilə təkbətək çıxdı. Məgər bu, şans deyil?

 

- Amma top qapıya tərəf getmədi...
- Qapı tirində dəydi, qapıya getmədi. Bu, şansdı. Onu qola çevirmək futbolçuların üzərinə düşür. Mən də o hərəkəti etsəydim, qapıya yox, kənara meyllənsəydim, top qapıya daxil olmayacaqdı. Belə şanslar olur. İkinci hissə başlayan kimi topu irəli ötürdüm, üç futbolçu gəldi, 4-5 saniyə ərzində qapımızda qol gördük. Bu da onların şansı idi, dəyərləndirdilər. Çox asan qollar buraxırıq. Nəticədə də belə hesabla uduzduq. Düşünürəm ki, çətin olacaq. Çünki xallar itiririk və bunlar bizim üçün ağır nəticələr verə bilər. Medallar uğrunda mübarizəni itirə bilərik. Amma kağız üzərində hələ də şanslarımız qalıb.

 

- Razısanmı ki, bu gün "Zirə" mövsümün ən bərbad oyununu oynadı?
- Xeyr, razı deyiləm. İkinci hissə başlayan kimi qol buraxmasaydıq, başqa cür də ola bilərdi. Ən pis oyunu bu gün oynadığımızı deməzdim.

 

- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa çox zamana ehtiyac var?
- Hər bir baş məşqçinin öz üslubu, oyun taktikası var. Zaur Həşimov və sələfi Samir Abasov fərqli üslubda oyuna üstünlük verirlər. Həşimovun dediklərinə əməl edək.

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB