TOP 10

Dario "Neftçi"nin "qara zolaq"dan çıxdığını sayır, "Qarabağ"ın büdrəməsinə sevinir: "Azarkeşlərdən bu dəstəyi hər oyun gözləyirik"

Futbol
Tarix: 2019-10-20 20:41

"Neftçi"nin futboluçusu Dario Frederiko Premyer Liqanın VIII turunda "Zirə"ni məğlub etdikləri (3:0) oyundan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb.

 

- Ardıcıl üçüncü dəfə qələbə qazandıq. Artıq ikinci yerdəyik. Bununla kifayətlənməməli və üzərimizdə çalışmalıyıq. Bununla daha yaxşı nəticələr gələcək.

 

- “Neftçi” “qara zolaq”dan çıxdı?
- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxa bildik.

 

- “Zirə” üzərində qələbə sizin üçün asan oldumu?
- İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asan olub. Çünki həmişə vuruşmuşuq, mübarizə aparmışıq. Qələbəmizi əzmkarlıqla qazanırıq. Asan oyun olmadı.

 

- “Qarabağ”a çatmaq mümkün olacaq?
- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki, büdrəməyək. Bununla daha da yaxınlaşmaq olar.

 

- Azarkeşlərlə aranız düzəlir? Çünki bu gün istefa şüarı səsləndirmirdilər...
- Hər futbolçu üçün sevincli haldır ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez istefa şüarı səsləndirir. Sevindirici haldır ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.

 

- “Qarabağ”ın xal itirməsinə sevinirsiniz?
- Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görən sevinir.

 

 

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB