TOP 10

Millimiz Norveçə də böyük hesabla məğlub oldu

Futbol
Tarix: 2019-10-20 18:00

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, millimiz bu dəfə Norveçlə üz-üzə gəlib.

Farer adalarının Torshavn şəhərində təşkil olunan oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Norveçlilər bütün qolları ilk yarıda vurublar.


Xatırladaq ki, millimiz ilk turda Sloveniyaya 0:5 hesabıyla uduzmuşdu. Norveç isə Farer adalarını 12:0 üstələmişdi.


Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Sloveniya ilə üz-üzə gələcək.


AÇ-nin seçmə mərhələsi
5-ci qrup

20 oktyabr


Norveç – Azərbaycan 5:0

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB