TOP 10

“Sumqayıt”la oyuna 4 itki ilə

Futbol
Tarix: 2019-10-20 17:11

“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.


Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qapıçı Aleksandr Rıbka, müdafiəçi Eriko da Silva və İqor Korotetski zədə səbəbindən “Sumqayıt”la görüşü buraxacaq. Şəhriyar Rəhimov isə sarı vərəqə limiti ilə əlaqədar cəzalı duruma düşüb. Digər oyunçular isə oyuna tam hazırdılar.


Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Sumqayıt” matçına saat 19:30-da start veriləcək.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB