TOP 10

Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

Dünya Futbolu
Tarix: 2019-10-20 18:09

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində səfərdə “Ştexovitse” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.


“Slaviya”nın U-21 komandası 11 turdan sonra 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB